- İspaniya L.L.
- 11:20 03.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen polşalı qapıçı Voyçex Şesninin əvəzinə yalnız mövsümün qalan hissəsində UEFA Çempionlar Liqasına daxil ola bilər.
90deqiqe.Az-ın "ESPN"ə istinadən verdiyi xəbərə görə, "mavi qranatlılar" əsas qapıçını sıraya qaytarmaq üçün 34 yaşlı oyunçunu geri çəkməli olacaqlar.
Daha əvvəl məlum olmuşdu ki, alman qolkiperin sağalması vaxtından əvvəl sürətlə davam edir. Ötən ilin oktyabrında dizindən zədə alan qolkiper artıq klubla ilk məşqinə çıxıb. Qeyd olunur ki, Voyçex Şesni və Mark-Andre ter Stegen eyni vaxtda La Liqa matçları üçün elan edilə bilər.