- İspaniya L.L.
- 11:20 03.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Barselona"nın yarımmüdafiəçisi Pedri komandanın oyun tərzi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano oyunçunun dediklərini belə çatdırıb.
"Düzünü desəm, əvvəllər futbol oynamaqdan bu qədər həzz almamışdım.Mən karyeramın ən yaxşı formasındayam".
Bu mövsüm 22 yaşlı ispaniyalı bütün turnirlərdə 45 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. 29 turdan sonra İspaniya çempionatının turnir cədvəlinə 66 xalla "Barselona" başçılıq edir. Martın 5-də "blauqrana" La Liqanın 30-cu turu çərçivəsində doğma meydanda "Betis"i qəbul edəcək.