- İspaniya L.L.
- 20:29 05.12.2025
"Barselona" klubu Dani Olmo və Pau Viktorun vəziyyəti ilə bağlı açıqlama yayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi, Ali İdman Şurası apellyasiyanın şikayətini təmin etdiyini və İspaniya Federasiyası və La Liqanın monitorinq komissiyasının qərarını ləğv etdiyini diqqətə çatdırıb.
Beləliklə, Olmo və Viktor bu mövsüm də "blauqrana"da oynamağa davam edə biləcəklər.
Bir gün əvvəl “Barselona” səfərdə “Atletiko”ya qalib gələrək (1:0) “Real Madrid”lə qarşılaşacağı İspaniya kubokunun finalına yüksəlib. La Liqada Hans-Diter Flikin komandası "Real Madrid"i 3 xal qabaqlayaraq liderdir. "Barselona"nın növbəti oyunu aprelin 5-də "Betis"lə olacaq.