8 iyun 2026. Bazar ertəsi

Ançelotti Endrik və Gülər ​​haqda danışıb


Ançelotti Endrik və Gülər ​​haqda danışıb

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti hücumçu Endrik və yarımmüdafiəçi Arda Gülər ​​haqda fikirlərini bildirib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Son oyunlarda olduğu kimi meydana çıxa bilərlər. Endrik “Real Sosyedad”a qarşı yaxşı oynadı. Endrik və Gülər ​​çox vacib məqamda komandaya kömək edə biləcəklərini göstərdilər."

Braziliyalı və türk futbolçu bu mövsüm az oyun keçirib.Aprelin 5-də "Real Madrid" İspaniya çempionatının ev oyununda "Valensiya" ilə qarşılaşacaq. Santyaqo Bernabeuda start fiti Bakı vaxtı ilə saat 18:15-də səslənəcək.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi