14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

Ançelottidən məğlubiyyət şərhi


Ançelottidən məğlubiyyət şərhi

"Real Madrid" evdə "Valensiya"ya 2:1 hesabı ilə uduzaraq azarkeşlərini məyus edib.

90deqiqe.Az xəbər verir ki, oyundan sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti jurnalistlərə fikirlərini bölüşüb. 

"La Liqa çempionluğu? İndi onu qazanmaq daha çətin olacaq. Çoxlu şanslar yaratdıq, hücumda yaxşı idik. Müdafiədə daha yaxşı oynaya bilərdik. Bu, layiqli məğlubiyyət deyil. Xırda detallara görə matçı uduzduq. Şübhəsiz ki, qələbəyə layiq idik".

"Real Madrid" La Liqa lideri "Barselona"dan 3 xal geri qalır. Kataloniyalılar turun matçını daha sonra keçirəcək.

"Real Madrid"in növbəti oyunu çərşənbə axşamı, aprelin 8-də Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"la səfərdə olacaq.







İspaniya L.L.