18 avqust 2026. Çərşənbə axşamı

Mamardaşvili Vinisiusla 50 avroluq mərcdən qalib gəldi


Mamardaşvili Vinisiusla 50 avroluq mərcdən qalib gəldi

İspaniya La Liqasında "Real Madrid" evdə"Valensiya"ya gözlənilmədən 1:2 hesabı ilə məğlub olub.

90deqiqe.Az-ın “ElDesmark”a istinadən verdiyi xəbərə görə, "Valensiya"nın qapıçısı Georgi Mamardaşvili sözügedən matçla bağlı "Real"ın hücumçusu Vinisiusla 50 avroya mərc qazandığını bildirib.

"Penaltidən əvvəl mən ondan 50 avroya oynamaq istəyib-istəmədiyini soruşdum. O, "Bəli" cavabını verdi.Beləliklə, mən qalib gəldim"

"Valensiya" hazırda İspaniya çempionatının turnir cədvəlində 15-ci yerdədir. Növbəti turda “yarasalar” “Sevilya”nı qəbul edəcək.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib