18 avqust 2026. Çərşənbə axşamı

“Betis”lə heç-heçə çox acı dad verdi"


“Betis”lə heç-heçə çox acı dad verdi"

"Barselona"nın yarımmüdafiəçisi Qavi jurnalistlərə İspaniya çempionatında "Betis"lə heç-heçə ilə bağlı danışıb.

90deqiqe.Az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, ispan  futbolçu bildirib ki, Kataloniya klubunun qələbə üçün kifayət qədər şansları olsa da onlar sadəcə yararlana bilməyiblər.

"Bu heç-heçə çox acı bir dad verdi. Biz tamamilə lazımsız qolu qaçırdıq. Bu, futbolda olur. Bunu düzəltməyə çalışmaq lazımdır"

Xatırladaq ki, "Barselona" - "Betis" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hazırda Hans-Diter Flikin rəhbərliyi altında "mavi qranatlar" ölkə çempionatının turnir cədvəlində birinci pillədə qərarlaşıb.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib