5 dekabr 2025. Cümə

Ronaldinyo dünyanın ən yaxşı braziliyalısının adını açıqlayıb


Ronaldinyo dünyanın ən yaxşı braziliyalısının adını açıqlayıb

Məşhur keçmiş futbolçu Ronaldinyo bu gün dünyanın ən yaxşı braziliyalı futbolçusunun kim olduğunu şərh edib.

90deqiqe.Az-ın "Sky Sport"a istinadən verdiyi xəbərə görə, Ronaldinyo birinci yerə "Real Madrid"in futbolçusu Vinisius Junior qoyub. 

"Hazırda Vinisius Junior dünyanın ən yaxşı braziliyalısıdır. Rafinya da var. Onların izləməyi çox sevdiyim braziliyalı futbol instinkti var"

Vinisius Junior 2024/2025 mövsümündə 42 oyun keçirib, 19 qol vurub və komanda yoldaşları üçün 13 məhsuldar ötürmə edib. Keçən il Vinisius "Qızıl top" üçün mübarizə aparırdı, lakin nəticədə mükafatı Rodri qazanıb







İspaniya L.L.