- İspaniya L.L.
- 23:30 24.04.2025
"Real Madrid"in vingeri Vinisius Juniorun Səudiyyə Ərəbistanı çempionatına potensial transferi getdikcə çətinləşir.
90deqiqe.Az-ın "ESPN"ə istinadən verdiyi xəbərə görə, səudiyyəlilər ötən ilin dekabrından braziliyalı futbolçu ilə əlaqə saxlamayıb. Bundan əlavə, Vinisius Kral Klubu ilə yeni müqavilə üzrə danışıqlar aparır.
Bildirilir ki, əvvəllər Səudiyyə Ərəbistanı Pro Liqası ilə 24 yaşlı hücumçunun agenti arasında əlaqə martda bu postu tərk edən liqanın sabiq sədr müavini Saad Əl-Ləziz olub.
Bu mövsüm Vinisius bütün turnirlərdə 42 oyun keçirib, 19 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.