- İspaniya L.L.
- 21:15 14.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Atletiko" müdafiəçi Klement Lenqletin hüquqlarını almaq istəyir.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən verdiyi məlumata görə, Madrid klubu futbolçunu öz sıralarında saxlamaq istəyir. Ancaq bir problem var - "döşək ustaları" 10 milyon avro ödəməyə hazır deyillər.
"Barselona" fransız futbolçunu almaq üçün bu qədər pul istəyir. "Atletiko" hesab edir ki, futbolçunun yaşını nəzərə alaraq bu məbləğ çox yüksəkdir.
Eyni zamanda, "Yuventus" da Lenqletlə maraqlanır. Turin klubu "Barselona"nın futbolçunun qiyməti ilə bağlı tələbini ödəməyə hazır ola bilər.
2024/2025 mövsümündə Klement Lenqlet 29 oyun keçirib, iki qol vurub.