14 aprel 2025. Bazar ertəsi
AFFA-nın Hesabat Konfransı keçirilib

Olmo və Viktor mövsümü başa vura biləcəklər


Olmo və Viktor mövsümü başa vura biləcəklər

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo və hücumçu Pau Viktor qalan matçlarda meydana çıxa biləcək.

90deqiqe.Az "AS" nəşrinə istinadən xəbər verir ki, İnzibati Məhkəmə, La Liqa rəhbərliyinin kataloniyalıların maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı daha bir şikayətini araşdıraraq, bu oyunçuların qeydiyyatını təsdiqləyib və bununla da İspaniya Ali İdman Şurasının əvvəllər qəbul etdiyi qərarla razılaşıb. 

Olmo və Viktorun lisenziyası ilə bağlı məsələ daha sonra həll olunacaq və onların mövsümün qalan oyunlarında iştirakına mane olmayacaq.

Dani Olmo və Pau Viktor ötən yay İspaniya klubuna keçib. 18 liqa matçında Olmo 7 qol vurub və 2 məhsuldar ötürmə edib, Viktor 16 matça çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.







İspaniya L.L.