- İspaniya L.L.
- 21:15 14.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Real Madrid" hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-dən keçən mövsümün sonunda ödənilməyən maaşının bir hissəsini bərpa etməyə çalışır.
90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi xəbərə görə, fransalı futbolçunun hüquq komandasına cinayət və əmək işləri üzrə ixtisaslaşmış daha üç hüquqşünas qoşulub.
Mbappe Paris klubundan 2023/2024-cü il mövsümünün sonunda ona bonus olaraq ödənilməli olan 55 milyon avro almaq niyyətindədir, lakin "Real Madrid"ə getdiyi üçün ödənilməyib.
Bundan əlavə, Mbappenin vəkillərinin Fransa Futbol Federasiyasından müvəkkilləri ilə əmək haqqı konflikti ilə bağlı işin UEFA-ya göndərilməsini xahiş etdikləri, onların fikrincə, PSJ-nin avrokuboklardan diskvalifikasiyasına səbəb ola biləcəyi bildirilir.