20 aprel 2025. Bazar günü

"Real"ın sabiq baş məşqçisi Leo Beenhakker 82 yaşında vəfat edib


"Real"ın sabiq baş məşqçisi Leo Beenhakker 82 yaşında vəfat edib

"Real Madrid"in sabiq baş məşqçisi Leo Beenhakker 82 yaşında dünyasını dəyişib.

90deqiqe.Az-ın məlumatına görə, "qaymaqlılar" onun vəfatı ilə bağlı başsağlığı verib.

“Real Madrid” futbol klubu, onun prezidenti və İdarə Heyəti 1986-1989-cu illərdə və 1992-ci ildə komandamıza rəhbərlik etmiş “Real Madrid”in tarixi məşqçisi Leo Beenhakkerin vəfatından dərin təəssüf hissi keçirir”, – “qaymaqlılar”ın rəsmi saytında yer alan bəyanatda deyilir.

Beenhakkerin rəhbərliyi altında "Real Madrid" üç dəfə İspaniya çempionu, bir dəfə İspaniya kubokunu və iki dəfə İspaniya Superkubokunu qazanıb. Niderlandlı mütəxəssis İspaniya nəhənglərindən başqa, "Ayaks", "Feyenoord", "Vitesse" və digər komandalara da rəhbərlik edib.







İspaniya L.L.

"Barselona"dan əzmkar qələbə
  • İspaniya L.L.
  • 21:11 19.04.2025
"Barselona"dan əzmkar qələbə
Flik Ter Stegenlə bağlı qərar verib
  • İspaniya L.L.
  • 14:55 19.04.2025
Flik Ter Stegenlə bağlı qərar verib
Klopp məşqçiliyə qayıtmayacaq
  • İspaniya L.L.
  • 22:04 18.04.2025
Klopp məşqçiliyə qayıtmayacaq