15 aprel 2025. Çərşənbə axşamı
AFFA-nın Hesabat Konfransı keçirilib

"Osasuna"nın şikayəti rədd edildi


 "Osasuna"nın şikayəti rədd edildi

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Barselona" ilə oyundan (0:3) sonra "Osasuna"nın apelyasiya şikayəti ilə bağlı qərar qəbul edib.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Osasuna" hesab edir ki, kataloniyalı müdafiəçi İniqo Martinezin bu matçda iştirakı FİFA-nın oyunçuların statusu və transferi ilə bağlı mövcud qaydalarına uyğun gəlmir.

Hər iki tərəfin fikirlərini nəzərə alan RFEF bu vəziyyətdə Martinezin milliyə çağırılması ilə bağlı hər hansı məhdudiyyətin olmadığını və onun ölkə çempionatının oyununda meydana çıxmasının mövcud qaydalara zidd olmadığını müəyyən edib.

"Osasuna" hazırda 35 xalla La Liqada 13-cü yerdədir. “Barselona” 67 xalla liderdir.







İspaniya L.L.

Modriç məşhur klubun ortaq sahibi oldu
  • İspaniya L.L.
  • 23:41 14.04.2025
Modriç məşhur klubun ortaq sahibi oldu