30 iyun 2026. Çərşənbə axşamı

"Barselona"nın qapıçısı Ter Ştegen Xavi və Fliki müqayisə edib


"Barselona"nın qapıçısı Ter Ştegen Xavi və Fliki müqayisə edib

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen klubun hazırkı baş məşqçisi Hans-Diter Fliklə keçmiş məşqçisi Xavini müqayisə edib.

90deqiqe.Az xəbər verir ki, "Barca Times" alman qolkiperin dediklərini belə çatdırıb. 

"Onlar çox fərqlidirlər. Xavi burada əfsanədir. Hansi [Flik] əla iş görür. Mən demirəm ki, bir məşqçi digərindən yaxşıdır, onlar fərqlidirlər.Məşqçilər dünyasında bunun daha yaxşı olduğunu və birinin daha pis olduğunu söyləmək çətindir" 

59 yaşlı alman mütəxəssis Hans-Diter Flik 2023/2024 mövsümü başa çatdıqdan və 44 yaşlı Xavinin kataloniyalıların baş məşqçisi postundan getməsindən sonra 2024-cü ilin may ayının sonunda "Barselona"ya rəhbərlik edib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"