24 aprel 2025. Cümə axşamı

Ter Ştegen ağır zədə aldığı anla bağlı xatirələrini bölüşüb


Ter Ştegen ağır zədə aldığı anla bağlı xatirələrini bölüşüb

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen ağır zədə aldığı anla bağlı xatirələrini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, "Barca Times" təcrübəli qolkiperin dediklərini belə çatdırıb. 

"Zədəm? Çox çətin idi. O an çox yaxşı formada idim, həyatımın ən yaxşı anlarını yaşayırdım. Və sonra qəfildən zədə baş verdi.

Bu baş verəndə müvazinətimi itirəndə dizimdə qəribə bir şey hiss etdim. Nəyinsə səhv olduğunu başa düşdüm və aşağı baxanda vəziyyəti gördüm və bunun ciddi bir zədə olduğunu anladım.Hər kəs şokda idi və bəzi oyunçular buna baxmamağa çalışdılar"

Futbolçunun hazırkı klubu ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt internet portalında verilən məlumata görə, 32 yaşlı futbolçunun bazar dəyəri 20 milyon avrodur.







İspaniya L.L.

"Atletik"ə bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:27 23.04.2025
"Atletik"ə bir qol bəs etdi