27 aprel 2025. Bazar günü

Modriç məşhur klubun ortaq sahibi oldu


Modriç məşhur klubun ortaq sahibi oldu

Xorvatiya futbolunun əfsanəsi və "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç İngiltərənin "Suonsi Siti" klubunun ortaq sahibi olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı "qu quşları"nın mətbuat xidməti yayıb.

“Lukanın sahiblik qrupumuza qoşulmasından böyük məmnunluq duyuruq. O, bizim üçün əsl dəyər olacaq. Baxışlarımız və məqsədlərimiz onun fikirləri ilə tam üst-üstə düşür. Onu doğma stadionumuzda qarşılamaq üçün səbirsizlənirik”, – deyə klubun idarə heyətinin birgə bəyanatında bildirilib.

Xatırladaq ki, "Suonsi" daha əvvəl İngiltərə Premyer Liqasında çıxış edib. “Qu quşları” artıq bir müddətdir ki, İngiltərə çempionatında bir klubdur. Komanda bu mövsüm 12-ci yerdədir.







İspaniya L.L.