- İspaniya L.L.
- 14:14 19.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hücumçu Robert Levandovski haqqında yüksək fikirlər səsləndirib.
90deqiqe.Az-ın "Goal.com"a istinadən verdiyi xəbərə görə, almaniyalı çalışdırıcı bildirib ki, Levandovski yaşına baxmayaraq, ən yüksək səviyyədə oynamağa davam edir.
"Kriştiano Ronaldo kimi, onun da heyrətamiz bədən quruluşu var. Robert əsl peşəkardır. O, lazımi nəticələrə nail olmaq üçün bütün aspektlərə nəzarət edir"
Xatırladaq ki, bu mövsüm 36 yaşlı Robert Levandovski “mavi qranatlar”ın heyətində İspaniya çempionatında 30 oyun keçirib, 25 qol vurub və 2 məhsuldar ötürmə edib.