28 iyun 2026. Bazar günü

La Liqa ən yaxşı gənc oyunçu mükafatına namizədləri açıqlayıb


La Liqa ən yaxşı gənc oyunçu mükafatına namizədləri açıqlayıb

Cari mövsümdə İspaniya çempionatının ən yaxşı gənc futbolçusu mükafatına bütün iddiaçılar bəlli olub.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi saytında dərc olunub.

Yaşı 23 və ondan aşağı olan 10 futbolçunun siyahısına bunlar daxildir: Lamine Yamal, Pau Kubarsi (hər ikisi "Barselona"), Rodriqo ("Real"), Migel Qutierrez, Savio (hər ikisi "Jirona"), Niko Uilyams ("Atletik"), Javi Querra ("Valensiya"), Takefusa Kubo ("Real Sosyedad") və Conni Kardozo ("Betis").

Qalib mayın 28-də keçiriləcək mərasim zamanı elan olunacaq. Bu nominasiyada keçən ilki qalib Lamin Yamaldır.







İspaniya L.L.

"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"