- İspaniya L.L.
- 15:25 14.12.2025
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopez mövsümə çətin başlasa da, komandanın baş məşqçisi Hans-Diter Flikin etimadını tam doğruldub.
90deqiqe.Az-ın "Diario Sport"a istinadən verdiyi xəbərə görə, 21 yaşlı yarımmüdafiəçinin "Barselona"nın heyətində İspaniya kubokunun finalında "Real Madrid"lə qarşılaşmada start heyətində meydana çıxma ehtimalı böyükdür.
Lopez bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. "Barselona" - "Real Madrid" görüşü aprelin 26-da baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənməlidir.