18 iyun 2025. Çərşənbə

"Real Madrid" müdafiəçi ilə yollarını ayıra bilər


"Real Madrid" müdafiəçi ilə yollarını ayıra bilər

"Real Madrid" futbolçularından biri ilə yollarını ayırmağa yaxındır.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, müdafiəçi David Alabanın yay transfer dönəmində "Real Madrid"dən ayrılmaq ehtimalı yüksəkdir. Məlumata əsasən, ağır zədədən qayıtdıqdan sonra 32 yaşlı futbolçunun göstərdiyi oyun nə klub rəhbərliyini, nə də baş məşqçi heyətini qane edib.

Bundan əlavə, avstriyalı futbolçu komandada ən yüksək maaş alan oyunçulardan biridir – illik gəliri təxminən 22-23 milyon avro təşkil edir. Klub, Alabanı satmaqla bu məbləğdə vəsaiti azad etmək niyyətindədir. Bununla belə, futbolçunun özü 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsini başa qədər yerinə yetirməyə üstünlük verir.







İspaniya L.L.

"Barselona" Joan Qarsiyanı transfer edib
  • İspaniya L.L.
  • 16:44 18.06.2025
"Barselona" Joan Qarsiyanı transfer edib
Qarsiya "Espanyol"dan ayrıldı
  • İspaniya L.L.
  • 15:54 18.06.2025
Qarsiya "Espanyol"dan ayrıldı