- İspaniya L.L.
- 01:18 14.06.2025
"Barselona" artıq "Atletik Bilbao"dan vinger Niko Uilyamsı almaqda maraqlı deyil.
90deqiqe.Az-ın "Marca"ya istinadən verdiyi xəbərə görə, kataloniyalılar qarşıdakı transfer pəncərəsində futbolçunun namizədliyinə qayıtmamaq qərarına gəliblər.
Bu qərara təsir edən səbəblər kimi “Barselona”dakı maliyyə vəziyyəti, eləcə də digər mövqelərin gücləndirilməsi zərurəti göstərilir.
"Barselona" ispaniyalını transfer etməyəcək, çünki yayda klubun əsas vəzifəsi sağ cinah müdafiəçisi Jül Koundeyə ehtiyat oyunçu tapmaq olacaq.
Mətbuatda yayılan məlumata görə, futbolçu gələn yay “Arsenal” klubu ilə müqavilə imzalaya bilər.
Xatırladaq ki, “Barselona” cari mövsüm başlamazdan əvvəl Niko Uilyamsla fəal maraqlanırdı.