- İspaniya L.L.
- 15:25 14.12.2025
"Real Madrid"in nəticələri klub rəhbərliyinin bəzi futbolçularla müqaviləni uzatmaq qərarına birbaşa təsir göstərə bilər.
90deqiqe.az "Relevo"ya istinadən xəbər verir ki, "qaymaqlılar"ın UEFA Çempionlar Liqasından kənarlaşdırılmasından sonra komandadakı bəzi futbolçuların mövqeləri zəifləyib. Bu siyahıya Luka Modriç, Xesus Valyexo, Lukas Vaskes və David Alaba daxildir. Məlumata görə, adıçəkilən oyunçular arasında 39 yaşlı Modriçin klubla yeni müqavilə imzalama şansı daha yüksək qiymətləndirilir.
32 yaşlı Alabanın klubdakı gələcəyi ilə bağlı suala iyunda başlayacaq klublararası dünya çempionatı başa çatdıqdan sonra qərar veriləcək.
33 yaşlı Lukas Vaskesin yayda "Real Madrid"dən ayrılma ehtimalı yüksəkdir, onun yerinə Trent Alexander-Arnold müqavilə imzalanacağı gözlənilir.