19 may 2026. Çərşənbə axşamı

Simeone Qrizmannın niyə az oynamağa başladığını açıqlayıb


Simeone Qrizmannın niyə az oynamağa başladığını açıqlayıb

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komanda veteranları Koke və Antuan Qrizmannın oyun müddətinin azaldılmasından danışıb.

90deqiqe.Az xəbər verir ki, "Relevo" çalışdırıcının dediklərini belə çatdırıb. 

"Oyunçunun qocalması və bir az ritmi, sürəti və keyfiyyətini itirməsi normaldır. İndiki zamanda yaşamaq lazımdır. Buna baxmayaraq, Antuan və Koke komandanın bir hissəsi olaraq qalırlar. Onların hələ də faydalı keyfiyyətləri var".

Qrizmanın "matrasçılar"la hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. Kokenin müqaviləsi cari mövsümün sonuna qədərdir.

La Liqanın 31 turundan sonra "Atletiko" 63 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.







İspaniya L.L.

 “Real”dan səfərdə qələbə
  • İspaniya L.L.
  • 23:10 17.05.2026
“Real”dan səfərdə qələbə
 “Atletiko”ya bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:07 17.05.2026
“Atletiko”ya bir qol bəs etdi