5 dekabr 2025. Cümə

"Barselona" Levandovskinin zədəsi ilə bağlı açıqlama yaydı


"Barselona" Levandovskinin zədəsi ilə bağlı açıqlama yaydı

"Barselona" hücumçu Robert Levandovskinin La Liqanın 32-ci turunda "Selta" ilə oyunda (4:3) aldığı zədəsi ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada bildirilir: 

"Testlər təsdiqləyib ki, oyunçumuz Robert Levandovskinin sol bud nahiyəsində diz əzələsində zədə var. Onun meydana qayıdışı sağalma prosesinin sürətindən asılı olacaq."

36 yaşlı futbolçu "Selta" ilə oyunun 78-ci dəqiqəsində əvəzlənib. 

İspaniya mətbuatının iddiasına görə, polşalı hücumçunun sağalması üçün ən azı üç həftə vaxt lazım ola bilər, bu isə o deməkdir ki, o, aprelin 26-da "Real Madrid"ə qarşı Kral Kuboku finalını buraxmaq riski daşıyır.







İspaniya L.L.