5 dekabr 2025. Cümə

"Barselona" "Valyadolid"lə matçın daha erkən vaxta keçirilməsini istəyib


"Barselona" "Valyadolid"lə matçın daha erkən vaxta keçirilməsini istəyib

"Barselona" İspaniya La Liqasının 34-cü turunun "Valyadolid"lə matçını bir qədər əvvəl oynamaq istəyir.

90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi xəbərə görə, Kataloniya klubu komandanın Çempionlar Liqasının yarımfinalının “İnter”lə cavab oyununa daha yaxşı hazırlaşması üçün oyunun başlanmasını 14:00, 16:15 və ya 18:30-a təxirə salmağı təklif edib. Görüş mayın 6-da baş tutacaq.

Məktubda “Barselona” “Valyadolid”lə matçın tarixini mayın 4-dən mayın 3-nə dəyişdirdiyi üçün liqaya təşəkkür edib.Klub həmçinin futbolçuların "Valyadolid"dən "Barselona"ya səhər tezdən getməməsi üçün oyunun daha erkən başlamasını istəyib.

Oyun mayın 3-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlaması nəzərdə tutulub.







İspaniya L.L.