17 may 2025. Şənbə

"Mbappenin özünü xüsusi hiss etməsinə ehtiyac yoxdur"


"Mbappenin özünü xüsusi hiss etməsinə ehtiyac yoxdur"

"Real Madrid"in sabiq yarımmüdafiəçisi Luiş Fiqu La Liqanın 32-ci turunda "Atletik"lə oyunda (1:0) klubun azarkeşlərinin hücumçu Kilian Mbappeyə fit çalmasına münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Diario Sport" portuqaliyalı sabiq futbolçunun dediklərini belə çatdırıb. 

"Mbappenin özünü xüsusi hiss etməsinə ehtiyac yoxdur. Biz hamımız Bernabeuda fitə basmışdıq. "Real"da ilk mövsümlər heç vaxt asan olmur"

26 yaşlı fransalı futbolçu diskvalifikasiyaya görə oyunu buraxıb və oyunu tribunadan izləyib. 20-ci dəqiqədə stadionun böyük ekranında forvard nümayiş etdirilib, bundan sonra azarkeşlər onu fitə basıblar.

Mbappe debüt mövsümündə "Real"ın heyətində 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.







İspaniya L.L.

Pedri, Messinin rekordunu üstələyib
  • İspaniya L.L.
  • 16:13 16.05.2025
Pedri, Messinin rekordunu üstələyib
Kristensen "Barselona"da qalmaq istəyir
  • İspaniya L.L.
  • 12:00 15.05.2025
Kristensen "Barselona"da qalmaq istəyir