- İspaniya L.L.
- 16:44 18.06.2025
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik futbolçuların oyun vaxtının azlığından doğan narazılığına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis İspaniyanın "Relevo" nəşrinə açıqlamasında bu barədə fikirlərini bölüşüb:
“Oyunçuların narazılığını anlayıram. Mən də peşəkar futbolçu olmuşam və onların nə hiss etdiklərini başa düşürəm. Hər kəs komandanın bir parçası olmaq və meydana çıxaraq töhfə vermək istəyir. Bunu tam anlayıram. Lakin göstərilən reaksiyaları anlaya bilmirəm – bu, qəbul edilməli olan bir vəziyyətdir”.
Flik komandasının son oyunlardakı performansından da danışıb:
“Biz geri dönüş baxımından əla iş gördük və düzgün qərarlar verdik. Bundan sonra nə baş verəcəyindən çox, futbolçulardan düzgün reaksiya görmək istəyirik. Qələbə qazandıqda hamı birlikdə sevinir. Mən isə futbolçuların meydanda olduqları zaman necə reaksiya verdiklərini izləməyi daha çox sevirəm”.
"Barselona"nın La Liqada "Selta Viqo"ya 4-3 hesabı ilə qalib gəldiyi oyunda Ansu Fati əvəzedicidə meydana çıxmayacağını bildikdən sonra su qutusuna zərbə endirib. Kataloniyalı cinah oyunçusu 2024-cü ilin noyabrından İspaniya çempionatının oyunlarında iştirak etmir. İspaniya çempionatının turnir cədvəlinə 32 oyundan 73 xalla "Barselona" başçılıq edir. “Selta” 43 xalla yeddinci yerdədir.