14 may 2025. Çərşənbə

Lamin Yamal "İlin ən yaxşı oyunçusu" seçildi


Lamin Yamal "İlin ən yaxşı oyunçusu" seçildi

"Barselona"nın və İspaniya millisinin gənc hücumçusu Lamin Yamal nüfuzlu Laureus World Sports Awards 2025 mükafatlandırma mərasimində "İlin ən yaxşı oyunçusu" mükafatına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat mərasimi təşkil edən qurumun mətbuat xidməti tərəfindən "X" sosial şəbəkəsində paylaşılıb.

Cəmi 17 yaşı olan Yamal cari mövsümdə parlaq çıxışı ilə futbol ictimaiyyətinin diqqətini çəkib. O, "Barselona"nın heyətində La Liqada 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. UEFA Çempionlar Liqasında isə 3 assistlə komandasına töhfə verib.

Gənc ulduz 2024-cü ilin yayında da tarix yazıb — Avropa çempionatında cəmi 16 yaşında iştirak edən ən gənc futbolçu olub və 17 yaşının ertəsi günü turnirin qalibi adını qazanıb.

Ötən il analoji kateqoriya üzrə mükafatı "Real Madrid"in yarımmüdafiəçisi Cude Bellinqhem alıb. Mükafat tanınmış idmançıların daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən verilir.







İspaniya L.L.

Lunin “Malyorka” ilə oyunu buraxacaq
  • İspaniya L.L.
  • 16:16 14.05.2025
Lunin “Malyorka” ilə oyunu buraxacaq
"Barselona" hücumçunu sata bilər
  • İspaniya L.L.
  • 15:04 14.05.2025
"Barselona" hücumçunu sata bilər
"Xabi Alonsoya məsləhətim yoxdur"
  • İspaniya L.L.
  • 19:49 13.05.2025
"Xabi Alonsoya məsləhətim yoxdur"