5 dekabr 2025. Cümə

"Real" Karlo Ançelotti ilə yollarını ayıracaq


"Real" Karlo Ançelotti ilə yollarını ayıracaq

"Real Madrid" baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırmağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, müxtəlif mənbələrin verdiyi məlumata əsasən, bir çox əlamətlər italiyalı mütəxəssisin gələn mövsümdə "Los Blancos" ilə işləməyəcəyini göstərir.

Hələlik, rəsmi təsdiq olmasa da, "Relevo" nəşri Ançelottinin may ayında "Real Madrid"dən ayrılacağını və iyunda Braziliya millisinin baş məşqçisi kimi ilk təlim-məşq toplanışını keçirəcəyini bildirir.

Bəzi mənbələrin iddia etdiyi kimi, İspaniya kubokunun finalında (26 aprel) "Barselona"ya məğlub olacağı təqdirdə, Ançelottinin "Real Madrid"dəki postunu dərhal tərk edəcəyi dəqiq deyil. Lakin, "El Klasiko"dakı uğursuzluq, "Kral" Klubunda məşqçi dəyişikliyinin qaçılmaz olduğunu təsdiqləyəcək.







İspaniya L.L.