5 dekabr 2025. Cümə

Mbappe "Xetafe"yə qarşı oynamayacaq


Mbappe "Xetafe"yə qarşı oynamayacaq

"Real Madrid"in ulduz hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 33-cü turunda "Xetafe"yə qarşı keçiriləcək oyunun iştirakçı siyahısına daxil edilməyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçu son turda "Atletik"ə qarşı keçirilən görüşdə diskvalifikasiya səbəbilə iştirak etməmişdi. Həmçinin onun topuq biləyindəki zədə də tam sağalmayıb. Buna baxmayaraq, 25 yaşlı hücumçunun aprelin 23-də baş tutacaq matç üçün hazır olacağı gözlənilirdi.

Lakin komandanın baş məşqçisi Carlo Ancelotti riskə getməməyi və Mbappeyə istirahət verməyi üstün tutub. Qərarın əsas səbəblərindən biri də aprelin 26-da "Barselona"ya qarşı keçiriləcək "Copa del Rey" finalı öncəsində futbolçunun tam formada olmasıdır.

Bu mövsüm Mbappe bütün turnirlərdə 49 oyun keçirib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib.







İspaniya L.L.