17 may 2025. Şənbə

Ançelottinin qovulacağı təqdirdə "Real"a kimin rəhbərlik edəcəyi məlum olub


Ançelottinin qovulacağı təqdirdə "Real"a kimin rəhbərlik edəcəyi məlum olub

“Real Madrid”də baş məşqçi postu ilə bağlı ehtimal olunan dəyişiklik gündəmə gəlib.

90deqiqe.Az “Relevo”ya istinadən xəbər verir ki, klubun hazırkı idman direktoru Santiaqo Solari, Karlo Ançelottinin turnir başlamazdan əvvəl istefaya göndərilməsi halında, Klublararası Dünya Çempionatında komandanın müvəqqəti baş məşqçisi ola bilər.

Mənbənin bildirdiyinə görə, “Los Blankos” rəhbərliyi bu qərarı öncədən Solariyə çatdırıb. Klub rəhbərliyi düşünür ki, 15 iyunda start götürəcək mundialda komandanın başına keçmək üçün Solari ən uyğun müvəqqəti variantdır.

Bu addımın əsas məqsədi, turnirdə uğursuzluq halında təyin olunacaq daimi baş məşqçiyə qarşı mənfi ictimaiyyət reaksiyasının qarşısını almaqdır. Beləliklə, klubun gələcək layihələrinə və məşqçi planlarına zərər dəyməyəcək.

Qeyd edək ki, Santiaqo Solari 2018–2019 mövsümündə də “Real Madrid”in baş məşqçisi kimi fəaliyyət göstərmiş və qısa müddətli dönəmdə komandanı idarə etmişdi.







İspaniya L.L.

Pedri, Messinin rekordunu üstələyib
  • İspaniya L.L.
  • 16:13 16.05.2025
Pedri, Messinin rekordunu üstələyib
Kristensen "Barselona"da qalmaq istəyir
  • İspaniya L.L.
  • 12:00 15.05.2025
Kristensen "Barselona"da qalmaq istəyir