- İspaniya L.L.
- 23:51 04.12.2025
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik uzun müddətdən sonra ilk dəfə İspaniya çempionatı matçında hücumçu Ansu Fati meydana çıxaracaq.
90deqiqe.Az xəbər verir ki, 22 yaşlı futbolçu La Liqanın 33-cü turunda "Malyorka" ilə oyunda komandanın start heyətində yer alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu, Fati üçün 2024-cü ilin payızından bəri ilk startı olacaq. İspan futbolçu bu mövsüm yalnız ikinci dəfə ilk dəqiqədən meydana çıxacaq.
Fati bu mövsüm səkkiz oyun keçirib (200 dəqiqədən az), lakin heç bir qol vura bilməyib. Hücumçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir.Transfermarkt-ın məlumatına görə, futbolçunun transfer dəyəri 10 milyon avrodur.
La Liqanın əvvəlki turunda “Barselona” “Selta”ya qalib gəlib (4:3), “Malyorka” isə “Leqanes”lə heç-heçə edib (0:0). "Barselona" 73 xalla İspaniya çempionatının turnir cədvəlində birinci yerdədir. Mayorka yeddincidir (44).