17 fevral 2026. Çərşənbə axşamı

Vinisius FİFA-ya şikayət edilib


Vinisius FİFA-ya şikayət edilib

"Real Madrid" və Braziliya millisinin futbolçusu Vinisius Junior intizam cəzası ilə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, Braziliyanın "Tiberis Holding do Brasil" şirkəti aprelin 7-də FİFA Etika Komitəsinin İstintaq Palatasına şikayət ərizəsi ilə müraciət edərək Vinisiusun 2 ilə qədər diskvalifikasiya edilməsini tələb edib. 

Buna səbəb futbolçunun atasının şirkəti vasitəsilə bir neçə futbol klubunun alınmasında iştirak etdiyi və bunun La Liqa və FİFA qaydalarının pozulması ilə nəticələnə bilməsidir.

Əgər məlumat təsdiqlənərsə, futbolçunun digər klubların səhmlərindən imtina etməsi böyük ehtimalla qaçınılmaz olacaq. Mümkün sanksiyalar arasında diskvalifikasiyaya əlavə olaraq, cərimə tətbiqi də gündəmdədir.







İspaniya L.L.

Ramos “Sevilya”nın sahibi ola bilər
  • İspaniya L.L.
  • 21:41 14.02.2026
Ramos “Sevilya”nın sahibi ola bilər