- İspaniya L.L.
- 20:05 16.05.2025
"Atletiko", "Mançester Siti", "Barselona" və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero "Bayer"in baş məşqçisi Xabi Alonsonun "Real"a rəhbərlik edəcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Goal" sabiq futbolçunun dediklərini belə çatdırıb.
"Məndə belə bir hiss var ki, Xabi Alonso gec-tez "Real Madrid"i ələ keçirəcək.Tam olaraq nə vaxt. Amma Madriddə bir oyunçu kimi keçmişi və Bundesliqada gördüyü möhtəşəm iş ilə məncə, bu, taledir”
Alonso 2022-ci ildən "Bayer"ə rəhbərlik edir. Onun müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Alonsonun rəhbərliyi altında "Bayer" 2023/2024 Almaniya çempionu, Almaniya Kuboku və Superkubokunun qalibi olub.