- İspaniya L.L.
- 15:25 14.12.2025
Müdafiəçi Mark Bartra "Betis"lə müqaviləni yeniləyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçunun Seviliya təmsilçisi ilə yeni əmək müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.
İspan futbolçu bu mövsüm "Betis"in heyətində 29 matçda iştirak edib. Müdafiəçi üç qol vurub, iki sarı vərəqə alıb.
İspaniya çempionatında keçirdiyi 32 oyundan sonra Sevilya komandası 51 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Betis” 5-ci yerdə qərarlaşan “Vilyarreal”dan bir xal geri qalır.