14 dekabr 2025. Bazar günü

"Barselona" Viktorla bağlı qərar verib


"Barselona" Viktorla bağlı qərar verib

"Barselona"nın baş məşqçisi Hans-Diter Flikin komandanın hücumçusu Pau Viktorla bağlı mövqeyi məlum olub.

90deqiqe.Az-ın "Diario Sport"a istinadən verdiyi xəbərə görə, alman mütəxəssis Viktora ümid bəsləyir və onu satmağı planlaşdırmır.

Mənbənin məlumatına görə, hələ yanvar ayında Flik klubun idman direktoru Dakka forvardla bağlı istənilən təklifi rədd etməyi tapşırmışdı.

Bu mövsüm 23 yaşlı Viktor bütün turnirlərdə 24 matçda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Hücumçunun "Barselona" ilə müqaviləsi 2029-cu ilə qədərdir.Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini beş milyon avro qiymətləndirir.







İspaniya L.L.

“Qrizmann klubun əfsanəsidir”
  • İspaniya L.L.
  • 22:49 13.12.2025
“Qrizmann klubun əfsanəsidir”