- İspaniya L.L.
- 21:46 12.05.2025
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ulduz hücumçu Kilian Mbappenin fiziki hazırlığına şübhə ilə yanaşır.
90deqiqe.Az “Radio Marca”ya istinadən xəbər verir ki, bu səbəbdən fransalı futbolçunun İspaniya Kubokunun "Barselona" ilə keçiriləcək final görüşündə (26 aprel) meydana çıxmaması mümkündür.
Əgər Mbappe "mavi-qırmızılar"a qarşı oynamasa, onun mövqeyində meydanın mərkəzində yarımmüdafiəçi Daniel Sebalos çıxış edəcək.
Lukas Vaskesin sağ cinah müdafiəçisi mövqeyində meydana çıxması ehtimalı var.
Qeyd edək ki, Mbappe bu yaxınlarda yüngül zədədən əziyyət çəkib və Ançelotti onun tam sağalmadığını hesab edir. Final görüşündə risk etmək istəməyən təcrübəli mütəxəssis, ehtiyatlı qərar verməyə üstünlük verir.