17 may 2025. Şənbə

“İspaniyalı hakimlərin səviyyəsi sıfırdan aşağıdır”


“İspaniyalı hakimlərin səviyyəsi sıfırdan aşağıdır”

"Real Madrid"in klub televiziyası İspaniya Kubokunun "Barselona" ilə final matçına (26 aprel) təyinat almış Rikardo De Burqos Benqoeçe və VAR hakimi Qonzales Fuertesin şikayətlərinə münasibət bildirib.

90deqiqe.Az klub televiziyasının məlumatını təqdim edir:

“Heç bir ispaniyalı hakimin Klublararası Dünya Çempionatına dəvət almaması fonunda onların yüksək səviyyəli olduğunu iddia etmək sadəcə gülməlidir. Bu, subyektiv fikir deyil, obyektiv faktdır. Eyni vəziyyət Dünya və Avropa çempionatlarının final mərhələlərində də yaşanıb. Bu, çox şeyi izah edir. Qəbul etməlidirlər ki, ispaniyalı hakimlərin səviyyəsi sıfırdan aşağıdır”.

Məlumatda vurğulanır ki, klubun televiziya kanalı ədalətli oyunun təmin olunması üçün hər zaman obyektiv tənqiddən çıxış edir və mövcud vəziyyət bu münasibətin nəticəsidir.

Xatırladaq ki, daha əvvəl hər iki hakim “Real Madrid TV”nin fəaliyyəti və onların işini tənqid etməsini kəskin şəkildə pisləmişdi. Xüsusilə Benqoeçea klub televiziyası ilə bağlı suala cavab verərkən emosional anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.







İspaniya L.L.

Pedri, Messinin rekordunu üstələyib
  • İspaniya L.L.
  • 16:13 16.05.2025
Pedri, Messinin rekordunu üstələyib
Kristensen "Barselona"da qalmaq istəyir
  • İspaniya L.L.
  • 12:00 15.05.2025
Kristensen "Barselona"da qalmaq istəyir