18 avqust 2026. Çərşənbə axşamı

"Real" üçün şad xəbər


"Real" üçün şad xəbər

"Real Madrid"in müdafiəçisi Ferland Mendi zədəsini sağaldıb.

90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçu bu gün məşqin bir hissəsini komanda ilə keçirib.

Qeyd edək ki, Mendi keçən ayın ortalarından bud nahiyəsindən zədə aldığı üçün sıradan çıxmışdı.

“Los Blancos”un baş məşqçisi Karlo Ançelotti Mendini İspaniya kubokunun “Barselona” ilə keçiriləcək final oyununda komandanın siyahısına daxil etməyi planlaşdırır. Görüş, aprelin 26-da baş tutacaq.

29 yaşlı müdafiəçi İspaniya çempionatının cari mövsümündə 14 oyun keçirib. Mendi bir məhsuldar ötürmə etdi.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib