20 aprel 2026. Bazar ertəsi

"Real" "Barselona" ilə matçı boykot etməyi düşünür


"Real" "Barselona" ilə matçı boykot etməyi düşünür

"Real Madrid" şənbə günü "Barselona" ilə keçiriləcək Kral Kuboku finalını boykot etməyi düşünür.

90deqiqe.Az “El Mundo”ya istinadən xəbər verir ki, “qaymaqlılar” oyun öncəsi keçiriləcək mətbuat konfransına qatılmaqdan, eləcə də ənənəvi fotosessiya və şam yeməyində iştirakdan imtina edib. Bundan əlavə, komanda matçdan əvvəlki məşqi də keçirməyəcək.

Bu qərarın səbəbi kimi "Real Madrid"in qarşılaşmaya təyin olunmuş hakim heyətinə etirazı göstərilir. Klub daha əvvəl İspaniya Kral Futbol Federasiyasına (RFEF) rəsmi müraciət edərək, klub televiziyasını tənqid etdikdən sonra “qaymaqlılar” haqqında mənfi fikirlər səsləndirən hakimlərin (xüsusilə Rikardo De Burqos Benqoeçe və Qonzales Fuertesin) finaldan uzaqlaşdırılmasını tələb etmişdi.

Lakin RFEF bu tələbi rədd edib və hakimlərin təyinatını qüvvədə saxlayıb. Bu da “Real Madrid” rəhbərliyinin narazılığına səbəb olub və boykot qərarının gündəmə gəlməsinə yol açıb.







İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”