- İspaniya L.L.
- 20:05 16.05.2025
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya kubokunun bu gün "Barselona"ya qarşı keçiriləcək final oyununda iştirak edə bilməyəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Radio Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı futbolçu hələ də fiziki diskomfort yaşayır ki, bu da aparılan sınaqlarla təsdiqlənib.
Mbappe Çempionlar Liqasının 1/4 finalında "Arsenal"la cavab oyununda (1:2) topuğundan zədələnib. O, İspaniya Primerasının 32-ci turunun "Atletik Bilbao" ilə oyunu (1:0) öncəsi komandanın məşqində iştirak etməyib.
"Real Madrid" - "Barselona" matçı Sevilyadakı "Olimpico de Sevilla - La Cartuja" stadionunda baş tutacaq. Hakimin start fiti Moskva vaxtı ilə saat 23:00-da səslənəcək.