- İspaniya L.L.
- 21:46 12.05.2025
"Barselona"nın yarımmüdafiəçisi Pedri "Real" üzərində qələbədən sonra fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" ispan oyunçunun dediklərini belə çatdırıb.
"Çox yorğun idim. Artıq dözə bilmirdim. Əzələlərimdə kramplar var idi, amma final fitindən sonra komandamla titul qazanmağın sevinci mənə bütün yorğunluğu unutdurdu"
Xatırladaq ki, İspaniya kubokunun final oyunu 3:2 hesabı ilə Kataloniya komandasının xeyrinə başa çatıb.
Bu mövsüm 22 yaşlı Pedri bütün turnirlərdə 52 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.