15 iyun 2025. Bazar günü

"Real" Ançelottiyə xüsusi vəzifə təklif etməyə hazırlaşır


"Real" Ançelottiyə xüsusi vəzifə təklif etməyə hazırlaşır

"Real Madrid" rəhbərliyi baş məşqçi Karlo Ançelottinin 2024/2025 mövsümündən sonra klubdakı gələcək planları ilə bağlı qərar verib.

90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi xəbərə görə "qaymaqlılar" italiyalı mütəxəssisə yalnız hazırkı maaşını tam şəkildə ödəməyi deyil, həm də ona klub daxilində xüsusi vəzifə təklif etməyi planlaşdırır.

Bildirilir ki, klub prezidenti Florentino Peres Ançelottinin 2026-cı ilə qədər qüvvədə olan müqaviləsində nəzərdə tutulan bütün maliyyə öhdəliklərini yerinə yetirmək niyyətindədir. Hətta tərəflər arasında kompensasiyanın azaldılması ehtimalı müzakirə olunsa da, klub məşqçiyə olan bütün borcları ödəməyə hazırdır.

Karlo Ançelottinin "Real Madrid"dəki son mövsümü 2024/2025 La Liqası mövsümü olacaq. Bundan sonra onun Braziliya milli komandasının baş məşqçisi vəzifəsinə keçməsi gözlənilir. Klub, məşqçinin vida oyununda hazırkı və keçmiş "ağlar"ın iştirakı ilə, eləcə də qazandığı titulların nümayiş olunduğu təntənəli vida mərasimi təşkil etməyi planlaşdırır.

Ançelottinin məşqçilik karyerasını başa vurduqdan sonra "Real Madrid"in səfiri kimi fəaliyyətini davam etdirməsi də gündəmdədir.







İspaniya L.L.