5 dekabr 2025. Cümə

Xabi Alonso Klublararası Dünya Çempionatında "Real"ı çalışdırmaq istəmir


Xabi Alonso Klublararası Dünya Çempionatında "Real"ı çalışdırmaq istəmir

"Real Madrid" Xabi Alonsonu baş məşqçi təyin etməyə yaxındır.

90deqiqe.Az-ın "Relevo"ya istinadən yaydığı məlumata görə, "Real Madrid"in direktoru Santyaqo Solari ispan mütəxəssis Xabi Alonsonu qarşıdan gələn Klublararası Dünya Çempionatında komandanın müvəqqəti baş məşqçisi kimi görmək istəyir.

Lakin Xabi Alonso, klub rəhbərliyi kimi, komandanın tam heyəti ilə tanış olmadan belə qısamüddətli turnirdə "Los Blancos"a rəhbərlik etmək niyyətində deyil. O, "Real Madrid"də rəsmi və daimi baş məşqçi kimi fəaliyyətə mövsümöncəsi hazırlıq dövründə başlamaq istəyir.

Daha əvvəl mətbuat Los Blancos və Alonsonun müqavilə imzalamağa bir addımlığında olduğunu yazmışdı. Hazırda "Bayer"ə rəhbərlik edən ispaniyalı mütəxəssis Karlo Ançelottini əvəz edəcək. Klublararası dünya çempionatı iyunun 15-də başlayacaq.







İspaniya L.L.