- İspaniya L.L.
- 20:05 16.05.2025
"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger İspaniya Kral Kubokunun finalında "Barselona" ilə keçirilən oyunda (3:2, əlavə vaxtda) göstərdiyi davranışa görə 6 oyunluq cəza alıb.
90deqiqe.Az-ın COPE-a istinadən yaydığı məlumata görə, alman oyunçu texniki zonada olarkən matçın hakiminə buz atdığı üçün meydandan qovulub və sonradan yenidən hakimə tərəf qaçaraq etirazını davam etdirib.
Komanda yoldaşı Lukas Vaskes də hakimin qərarlarına etiraz etdiyi, əvəzləndikdən sonra meydançaya qayıtdığı və bəyənməmə jestləri etdiyi üçün iki oyunluq cəza alıb.
Digər tərəfdən, matçdan sonra hakimə "aqressiv tonda" müraciət etdiyi üçün qırmızı vərəqə alan Cude Bellinqhemə verilən cəza ləğv olunub. Qeyd olunur ki, həmin an ingilis futbolçunu komanda yoldaşları sakitləşdirməyə çalışıb.