- İspaniya L.L.
- 23:31 19.06.2025
“Selta Viqo”nun hücumçusu Yaqo Aspas La Liqanın 34-cü turunda “Real Madrid”lə səfər matçı öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın "El Larguero"ya istinadən verdiyi xəbərə görə, təcrübəli futbolçu xüsusilə yanvarda İspaniya Kral Kubokunda keçirilmiş və 5:2 hesabı ilə “Real”ın qələbəsi ilə başa çatan qarşılaşmaya toxunub:
“Kopa del Reydə baş verənlərdən sonra qorxmadan "Santiaqo Bernabeu"ya gedirik. Bütün İspaniya baş verənləri gördü. Biz sadəcə öz vəziyyətimizi düşünürük”
Qeyd edək ki, həmin matçda “Selta” əlavə vaxtda məğlub olmuşdu. Viqo təmsilçisi həmin qarşılaşmadan sonra hakimliklə bağlı ciddi narazılıq ifadə etmiş, ilk qoldan əvvəl “Real Madrid”in qapısına penalti verilməli olduğunu iddia etmişdi.
La Liqanın növbəti turunda "Real Madrid" və "Selta Viqo" mayın 4-də qarşılaşacaq.