30 iyun 2026. Çərşənbə axşamı

Karlo Ançelotti "Real"da qalmaq istəyir


Karlo Ançelotti "Real"da qalmaq istəyir

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə baxmayaraq, komandada qalmaq niyyətindədir.

90deqiqe.Az-ın "COPE"yə istinadən verdiyi xəbərə görə, italyan mütəxəssisin prioritetləri belə sıralanır: "Real Madrid", Braziliya millisi və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu.

Daha əvvəl mediada Ançelottinin "Real Madrid"dən ayrılacağı və baş məşqçi postuna "Bayer"i çalışdıran Xabi Alonsonun gətiriləcəyi barədə xəbərlər yayılmışdı. Braziliya Futbol Federasiyası Ançelottinin xidmətində maraqlı olsa da, Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu da təcrübəli çalışdırıcı ilə maraqlandığı üçün danışıqlar nəticəsiz qalıb.

Eyni zamanda, Karlo Ançelottinin baş məşqçi postunu tərk etməsi halında belə, "kral klubu"nda başqa bir vəzifədə qalması ehtimal olunur.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"