30 iyun 2026. Çərşənbə axşamı

Alaba mövsümün qalan hissəsini buraxacaq


Alaba mövsümün qalan hissəsini buraxacaq

"Real"ın müdafiəçisi David Alaba yenidən zədələnib.

90deqiqe.Az-ın məlumatına görə, avstriyalı futbolçu mövsümün qalan hissəsini buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Alaba İspaniya La Liqasının 33-cü turunun “Xetafe” ilə oyununda (1:0) sol dizinin daxili menisküsünü cırıb.

Daha əvvəl məlum olmuşdu ki, “qaymaqlı” müdafiəçi Ferland Mendi vətərinin qopması səbəbindən sıradan çıxıb. Bundan əlavə, Antonio Rüdiger İspaniya kubokunun finalında “Barselona” ilə oyunda (2:3) qeyri-idman hərəkətinə görə 6 oyunluq cəzalanıb. Beləliklə, "Real Madrid" üç müdafiəçisiz qalıb.

David Alabaya daha əvvəl dizindəki çarpaz bağın yırtılması diaqnozu qoyulmuşdu və bu, onu mövsümün çox hissəsini buraxmağa məcbur etmişdi. Los Blancos-un heyətində bütün turnirlərdə 14 oyunda iştirak edib və heç bir qol vurmayıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"