30 iyun 2026. Çərşənbə axşamı

"Yamal, Messi və Ronaldo ilə müqayisə ediləcək qədər böyük bir oyunçudur"


 "Yamal, Messi və Ronaldo ilə müqayisə ediləcək qədər böyük bir oyunçudur"

Fransa millisinin əfsanəvi sabiq futbolçusu və "Arsenal"ın futbolçusu Tyeri Anri "Barselona"nın ulduzu Lamin Yamal haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, "Evening Standard" sabiq futbolçunun dediklərini belə çatdırıb. 

“Yamalın oyununu izləmək əladır, o, futbola müntəzəm olaraq hakim ola bilir və mən də ona bunu arzulayıram, amma gəlin ona təzyiq etməyək.Futbolda məni heyrətləndirən bir şey odur ki, siz həmişə Ronaldo və Messi, Qullit və Maradonadan daha yaxşısının olmadığını düşünürsünüz, amma sonra Yamal gəlir”.

Xatırladaq ki, Yamal bu mövsüm bütün turnirlərdə 49 matçda iştirak edib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"